Türkiyə 2023-cü ildə gündəlik neft hasilatını 100 min barelə çatdırmağı planlaşdırır.
Azərbaycanda neft hasilatı 5,5 faiz azalıb, qaz hasilatı isə - 8 FAİZ ARTIB
FED.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Qara dənizdə 540 mlrd. kubmetr təbii qaz ehtiyyatlarının kəşfi ilə, energetika sahəsində Türkiyə üçün yeni dönəm başlayıb.
“Biz heç kimin köməyinə ehtiyac duymadan neft və təbii qaz kəşfiyyatımızı sərhədlərimiz daxilində və xaricində apara bilirik. Qara dəniz qazını milli sistemimizə daxil etmək üçün səylərimiz davam edərkən, son vaxtlar müxtəlif vilayətlərdən neftlə bağlı xoş xəbərlər gəlməkdədir. Gələn il yerli neft hasilatımızı gündəlik 100 min barelə çatdırmağı planlaşdırırıq”, - Türkiyə Prezidenti qeyd edib. (Apa)