Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fatih” Qara dənizdə yeni qazma işlərinə başlayıb.
Eləcə də bax: Qara dənizdə yeni qaz ehtiyatları tapıldı
FED.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez, şəxsi tvitter hesabında bildirib.
Məlumata əsasən, gəmi “Sakarya” yatağının “Amasra-1” quyusunda qazma işləri aparacaq.
Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi bu ilin avqust ayında Qara dənizdə həyata keçirilib.
Qeyd edək ki, “Fatih” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb. (Report)