Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb.
Eləcə də bax: "Azərbaycan Türkiyənin qaz ehtiyacının təqribən 12 %-ini təmin etmək gücündədir"
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bununla bağlı qərar Rəsmi Gazete-də dərc olunub.
Məlumatda bildirilir ki, qaz tədarükünün uzadılması haqqında memorandum Türkiyə Prezindenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilib.
Razılaşmaya əsasən , 2024-ci ilədək , illik olaraq Azərbaycanda idaxal edilən 1,7 milyard kub metr təbii qaz Socar Turkey Enerji A.Ş ehtiyacları üçün təmin ediləcək.
Qeyd olunub ki , memorandum 2021-ci ilin dekabrında Bakıda Azərbaycan energetika naziri Pərviz Şahbazov və Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.