Türkiyə hökuməti TANAP vasitəsilə Azərbaycandan aldığı qazın qiymətinin endirilməsini tələb edib.
FED.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Azərbaycan qazının rus qazından 12% ucuz olacağı bildirilsə də, daşıma (nəql) xərclərinin çox baha olması bu gözləntini doğrultmayıb. «Cümhuriyyət» Qəzeti iddia edir ki, Əskişəhərdə təslim aldığı TANAP qazının hər 1000 kub üçün 78 dollar, Trakyada təslim aldığı hər 1000 kub üçün 103 dollar nəql xərci ödəyir. Yekunda Azərbaycan qazının qiyməti Türkiyəyə 300 dollara başa gəlir. Müqayisə kimi Avropa spot bazarında dekabın ilk ongünlüyüynün sonunda 165 dollar təşkil etdiyi göstərilir. Türkiyə mətbuatı bu məsələyə xüsusi diqqət yetirərək Azərbaycan qazının Avropadakından ikiqat baha alındığını vurğulayıb.
Bu ilin yanvar-sentyabr aylarında Türkiyə Azərbaycandan aldığı qazın həcmini 31,6% artırıb. Nəticədə hazırda Türkiyənin xaricdən qaz idxalının 21%-i Azərbaycanın payına düşü