Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkəti bu ilin sonunadək Azərbaycandan 6,5 milyard kubmetr qaz idxal etməyi planlaşdırır.
"Anadolu" agentliyi xəbər verir ki, 2015-ci ildə Türkiyə Azərbaycandan 6,17 milyard kubmetr qaz idxal etmişdi. Bununla da BOTAŞ Azərbaycandan qaz idxalını 5,4 faiz artırmış olacaq.