Bu ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycandan 5 418,48 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 17,1% azdır.
Eləcə də bax: Azərbaycan və Türkiyə "Şahdəniz-1" müqaviləsinin - Vaxtını Uzatdı
FED.az xəbər verir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatına görə, Türkiyə 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 6 538,82 mln. kubmetr qaz idxal edib.
Məlumata görə, cari ilin iyul ayında Türkiyə Azərbaycandan 540,03 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 50,63% azdır. İyun ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiya, İrandan və Cəzairdən sonra dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, idxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddəti başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) yeni razılaşma yalnız sentyabr ayında əldə olunub.
Xatırladaq ki, ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib, bu, 2019-cu illə müqayisədə 20,5% çoxdur. (Apa)