ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə kralı Salman ilə "yaxşı söhbət” etdiyini söyləyib.
Eləcə də bax: Səudiyyə və Rusiya neft hasilatı məsələsində - ANLAŞDILAR
FED.az xəbər verir ki, jurnalistlər qarşısında açıqlama verən ABŞ lideri qeyd edib ki, OPEC + dünya qiymətlərini sabitləşdirmək üçün neft hasilatını azaltmaq üçün razılaşmaya yaxındır: "Çox yaxşı söhbətimiz oldu. Görək nə baş verəcək. Bildiyiniz kimi, OPEC bu gün bir araya gəldi. Deyərdim ki, razılaşma yaxınlaşır. Tezliklə müsbət həlli tapacağıq”.
Son OPEC + sazişinin cümə axşamı və ya cümə günü elan ediləcəyini vurğulayan Ağ Ev rəhbəri bildirib ki, liderlərlə söhbət bir saatdan çox davam edib.
Tramp əlavə edib ki, ABŞ aşağı neft qiymətlərində maraqlı deyil, çünki bu, qlobal tənəzzülə səbəb olur.
Apa