ABŞ prezidenti Donald Tramp neftin hazırkı qiymətinin süni şəkildə yüksək olduğunu bildirib.
D. Tramp bu barədə "Twitter"də yazıb. O bildirib ki, neftin qiyməti süni şəkildə yüksəkdir və belə bir vəziyyət yaxşı deyil: "Bu, qəbuledilməzdir".
D. Tramp niyə belə fikirdə olduğunu izah etməyib.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında OPEK+ formatında görüş keçirilir. Bu format çərçivəsində OPEK ölkələri və Rusiya neft hasilatını azaltmaq barədə razılığa gəliblər və bu qərar 2017-ci ilin yanvarından bəri qüvvədədir.