Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi neft istehsal edən ölkələr (OPEC+ adlandırılır) gündəlik xam neft istehsalı miqdarını 1 Maydan 30 İyuna qədər təxminən 10 milyon barel azaldacaq.
Eləcə də bax: OPEK+ neft hasilatı üzrə yeni razılaşmanın - DETALLARINI AÇIQLAYIB
Hasilatın azaldılması miqdarı 1 İyul-31 dekabr tarixlərində 6 ay ərzində gündəlik 8 milyon barel, 1 Yanvar 2021 - 30 Aprel 2022-ci il arasındakı 16 ay ərzində isə gündəlik 6 milyon barel olaraq tətbiq olunacaq.
FED.az xəbər verir ki, neftə tələbin gündəlik 35 milyon barelədək azaldığı ehtimal edilir. Bu səbəbdən OPEC + qrupunun hasilatı ilk mərhələdə 10 milyon barelə yaxın (9,7 milyon barel) azaltmasının bazarda sabitlik yaradıb yaratmayacağı qeyri-müəyyəndir. Digər tərəfdən neft anbarlarında da boş yer azalır.
Goldman Sachs Group Inc., OPEC+ qrupunun razılaşmasını "tarixi ancaq hələ də qeyri-kafi" olaraq xarakterizə edib.
OPEC+ qrupunun gündəlik 10 milyona yaxınlaşan istehsal azaltmasına reallıqda əməl edib etməyəcəyi mövzusunda da şübhələr var.
Eləcə də bax: OPEK+ yeni sazişi - RAZILAŞDIRIB
Marja