Azərbaycan neftinin qiyməti bahalaşır.
FED.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,90 dollar artaraq 70,57 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.