2024-cü ildə Azərbaycandan 8 milyard 407 milyon dollar həcmində 25 milyon 772 min kub metr təbii qaz ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyard 271 milyon dollar və ya 38,5%, miqdar ifadəsilə isə 851,2 min kub metr, başqa sözlə 3,2% azalıb.
Qeyd edək ki, 2023-cü il ərzində Azərbaycandan 13 milyard 678 milyon dollar dəyərində 26 milyon 623 min kub metr təbii qaz ixrac olunmuşdu.
Ötən ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 55 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 87 qəpik idi. Bu da illik müqayisə ilə 32 qəpik və ya 36,5% azalma deməkdir.
Ötən il ümumi ixracın 31,66%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 40,35% olub.