Sabah Qazaxıstanın paytaxtı Astanada “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TBNM) təsisçilərinin iclası keçiriləcək.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyevin FED.az-a verdiyi məlumata görə, tədbirə işçi qrupuna üzv ölkələrin dəniz və dəmir yolu nəqliyyatı qurumlarının, dəniz limanlarının rəhbərləri qatılacaqlar.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və digər qurumlardan olan rəsmi şəxslərin iştirak edəcəyi toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, nəqliyyat əlaqələrinin səmərəsinin yüksəldilməsi, marşrutun inkişaf etdirilməsi, qarşılıqlı əlaqələndirmə işlərinin operativ təşkili və s. əhəmiyyətli məsələlərlə bağlı müzakirələr aparılacaq.
Müzakirələrin yekununda protokol imzalanacaq.
TBNM Beynəlxalq Assosiasiyasının təsisçilərinin iclası keçiriləcək
15:21
12 İyun 2017