Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, Qara dənizdə böyük bir kəşf edildiyi ərazidə ən qısa müddətdə yeni kəşfiyyat quyularının açılacağını ifadə edərək, «İşlərimizi daha da dəqiqləşdirəcəyik. Ümid edirəm ki, Cümhuriyyətimizin 100 illik yubileyində vətəndaşlarımızı öz qazımızla qarşılayacağıq» bildirib.
Eləcə də bax: “320 milyard kubmetr təbii qaz kəşf etmişik”
FED.az xəbər verir ki, Türkiyənin Qara Dənizdə qaz yatağı tapması ilə bağlı çıxış edən nazir bildirib ki, axtarışlar öz nəticəsini tez verib. 1970-ci illərdə İngiltərənin 150-ci, Norveçin isə 30-cu cəhddə ehtiyat aşkarladığını xatırladan nazirin sözlərinə görə, Qara dənizdə aparılan işlərdə 10 hədəf təyin edilib.
Onun sözlərinə görə, kəşfiyyat ərazilərində seysmik araşldırmalar 14 ay əvvəl başlayıb və bu dövrdə təqribən 21 min kvadratkilometr ərazidə "rentgen çəkilişləri» edilib. Türk Petrolları mütəxəssislər i və mühəndislərlə müsləhətləşmələrdən sonra «Tuna-1» ərazisində ilk qazma işinin aparılması qərara alınıb.
Qaz yatağı dəniz səviyyəsindən 3500 metr aşağıda kəşf edilib, burada dənizin dərindiyi 2,1 kum-dir. Nazir bildirib ki, test, təhlil və ətraflı mühəndislik işlərindən sonra mütəxəssislər və səlahiyyətlilər ehtiyat miqdarını hesablayıblar, Amma onun sözlərinə görə araşdırmalar davam edir, «Seysmik məlumatlar, aşağıda oxşar quruluşa sahib daha 2 təbəqənin olduğunu göstərir. İnşallah orada qaz mənbəyinə çatacağıq»-deyə bildirib. Dönmez qazın tapıldığı ərazinin təxminən 250 kvadrat kilometr olduğunu bildirib.
Nazirin sözlərinə görə, tapılanq qaz yatağının iqtisadi dəyəri təqribən 65 milyard dollardır. Onnu sözlərinə görə, Türkiyənin illik qaz sərfinin 45-50 milyard kubmetr olduğunu nəzərə alanda tapılan qaz Türkiyənin illik ehtiyacını 7-8 il ödəyə biləcək həcmdədir: «Avncaq təbii kəşflər davam edəcək və bu rəqəm arta bilər». Onnu sözlərinə görə, Türkiyə hər il neft və təbii qaza 40 milyard dollar pul xərcləyir. Yeni yatağın tapılması bu xərcləri də azaldacaq.