Noyabr 9-dan etibarən Trans Adriatik Boru Xətti (TAP) layihəsi çərçivəsində mikrotunnelin çıxış nöqtəsində işlər San Basilio çimərliyində dənizin sahilində başlayacaq.
FED.az “Report”-a istinadən xəbər verir ki, xüsusilə yaxın günlərdə çıxış nöqtəsindəki geostatik yükün sabitləşdirməsı istiqamətində aparılan müvəqqəti işlər yekunlaçacaq, bu da sahildən təqribən 1 km uzaqlaşması deməkdir.
Eləcə də bax: Azərbaycanda digər qaz yanacağının qiyməti ilə bağlı - AÇIQLAMA
Məlumatda bildirilir ki, xüsusi qaldırıcı qurğusu ilə təchiz olunmuş gəmi müəyyən bərpa işlərini aparacaq. İşin bu mərhələsinin sonunda keçən yazdan həyata keçirilən "göstebek"in bərpası davam etdiriləcək.
Xəbərdə qeyd olunur ki, tikinti işləri ilə paralel olaraq ətraf mühitin monitorinqi də intensiv şəkildə aparılacaq: "Dəniz bioloqlarından ibarət bir qrup, 24 saat ərzində suyun bulanıqlıq səviyyəsinin monitorinqini, başqa bir gəmi isə gün ərzində məməlilərin müşahidəsini aparacaq".
Xatırladaq ki, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 4,5 milyard dollara başa gələcək olan boru kəməri ilə 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur. Bu layihə Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə təxminən 10,5%-ni qarşılayacaq. “BP”, İtaliyanın “SNAM” və Azərbaycanın “SOCAR” şirkətləri hər biri 20% hissə payı ilə layihənin əsas 3 investoru hesab olunur.