Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası ərəfəsində energetika naziri Pərviz Şahbazov Moldovanın energetika naziri Dorin Junqetu və “TAP AG” şirkətinin idarəedici direktoru Luka Skiepatti ilə görüşlər keçirib.
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Moldovanın energetika naziri Dorin Junqetu ilə görüşdə təbii qaza gözlənilən tələbat və qaz layihələrinin inkişafını dəstəkləyən praqmatik siyasətin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Moldovanın qaz bazarının liberallaşdırılması, həmçinin külək elektrik stansiyaları və enerji saxlama obyektləri üçün tenderin keçirilməsi çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.
Qeyd edək ki, indiyə qədər TAP vasitəsilə Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql olunub.













