Bu gün Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilib.
FED.az APA-ya istinadən xəbər verir ki, iclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə İdarə heyəti üzvlərinə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin təqribən 99%-i yekunlaşıb. Avropaya qədər olan işlərin isə təqribən 80%-i həyata keçirilib. Ümumilikdə layihə üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir.