Azərbaycan təbii qazını Türkiyəyə nəql edəcək Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə veriləcəyi tarix yenidən dəyişdirilib.
FED.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayraq iyunun 12-də boru kəmərinin istifadəyə verilələcəyini bildirib.
Xatırladaq ki, bundan əvvəl TANAP boru kəmərinin iyunun 19-da istifadəyə veriləcəyi bəyan edilmişdi.