"Şuşada böyük yanacaqdoldurma məntəqəsi tikilir”.
Eləcə də bax: SOCAR-ın Gorus-Qafan yolundakı YDM-nin - AÇILIŞI OLUB - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində, Gorus-Qafan yolu üzərində yanacaqdoldurma məntəqəsinin açılışında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, Ağdamda, Füzulidə, işlər gedən digər azad olunmuş rayonlarda isə stansiyaların tikilməsi başa çatdırılır.
Gorus-Qafan yolunda açılan yanacaqdoldurma məntəqəsi barədə danışan R. Abdullayev qeyd edib ki, bu, beynəlxalq status daşıyır və burada xaricdən və tranzit yollarla gələn avtomobillər də yanacaq doldura biləcək. SOCAR prezidenti bildirib ki, sözügedən YDM-də istənilən valyutadan istifadə edərək yanacaq almaq mümkün olacaq.