Banner

Energetika

Sumqayıta 20 km məsafədə neft çıxarıla bilər - SOCAR VƏ “LUKoil” ANLAŞDI

Sumqayıta 20 km məsafədə neft çıxarıla bilər - SOCAR VƏ “LUKoil” ANLAŞDI | FED.az
10:45 23 Yan 2020

Yanvarın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “LUKoil” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.

Eləcə də bax: SOCAR və “LUKoil” arasında - ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

FED.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Qeyd edək ki, “Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.

“Qoşadaş” strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.

Digər xəbərlər

Banner