2024-cü ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 444 122 ton dizel yanacağı istehsal edib. 2023-cü ilin may ayında isə bu göstərici 590 643 ton olub.
SOCAR Türkiyənin neft-kimya sektorunda yeni investisiya layihələri həyata keçirəcək
FED.az xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsi (EPDK) bildirir.
EPDK-nin məlumatlarına görə, bu, NEZ-də dizel yanacağı istehsalının illik hesablamada təqribən 25 faiz azalması deməkdir.
Qeyd edək ki, 2024-cü ilin may ayında STAR NEZ-ə 973 min 110 ton xam neft tədarük edilib ki, bu da 2023-cü ilin analoji dövründə tədarük olunmuş 1,018 milyon tonla müqayisədə zavoda neft tədarükünün təqribən 4,5 faiz azalması deməkdir.
Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddi milyard dollar təşkil edəcəyi gözlənilir.
STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon ton təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək qabiliyyətinə malikdir. (Trend)