“Star” Neft Emalı Zavodunun anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaq.
Eləcə də bax: STAR zavodu 28 fərqli növ xam neftin - TESTİNİ EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “SOCAR Turkey” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, gündəlik 35 min kubmetr xam neft işləmə qabiliyyətinə malik olan neft emalı zavodunun saxlama tutumu 2020-ci ildə yeni məhsul çənləri layihəsinin tamamlanması ilə 1,9 milyon kubmetrə çatıb: “Səmərəliliyi və əməliyyat rahatlığını artırmaq üçün təxminən 600 milyon dollar əlavə investisiyalar qoyulur. Bu investisiyalar başa çatdıqda, “Star” Neft Emalı Zavodunun anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaq. Bu həcm ildə 11 milyon ton neft emal edən bir neftayırma zavodu üçün ideal ölçüdür”, - deyə baş direktor vurğulayıb.