Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu Egey bölgəsində 100 iri sənaye müəssisəsi siyahısında birinci olub.
Eləcə də bax: Türkiyədə dizelə tələbatın 25%-ni STAR ödəyib – VİDEO
FED.az bu barədə Egey bölgəsinin Sənaye Palatasının hesabatına istinadən məlumat verir.
SOCAR-ın Türkiyədəki digər müəssisəsi, "Petkim" neft-kimya kompleksi İzmirin "Tüpraş" neft emalı zavodundan sonra üçüncü yerdə qərarlaşıb.
Egey Sənaye Palatası bildirir ki, 2020-ci ildə STAR zavodunun bölgədəki satış həcmləri 2,8 milyard dolları ötüb. "Tüpraş"ın bölgədəki satışları 1,7 milyard dollar, "Petkim"in satışları isə 1,03 milyard dollar təşkil edib. (Trend)