“Standard & Poor's” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin kredit reytinqini yenidən BB/B səviyəsində təsdiqləyib.
Eləcə də bax: "S&P" Azərbaycanın kredit reytinqini "BB+/B" səviyyəsində təsdiq edib
FED.az xəbər verir ki, bununla belə, qurum reytinq üzrə proqnozunu "Sabit"dən "Mənfi"yə dəyişib.
“Standard & Poor's” hesab edir ki, “Azərenerji”nin suveren reytinqi üzrə risklərinin artması onun kredit ödəmə qabiliyyətinin də aşağı düşməsinə səbəb olur.
"Azərenerji" maliyyə problemi yaşasa hökumətin ona vaxtında və kifayət qədər əlavə dövlət dəstəyi göstərməsi ehtimalı olduqca yüksəkdir", - deyə Agentlik bəyan edib. (Report)