2023-cü ilin dekabr ayında Azərbaycanda gündəlik 480 min barel neft hasil olunub.
FED.az xəbər verir ki, bu barədə “Platts”ın məlumatları əsasında tərtib olunmuş “S&P Global Commodity Insights”ın icmalına istinadən xəbər verir.
OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın dekabr ayı üçün gündəlik xam neft hasilatı üzrə kvotası 684 min barel təşkil edib.
Beləliklə, Azərbaycan dekabrda OPEC+ kvotasından 204 min barel geri qalıb.
Azərbaycan Energetika Nazirliyi 2023-cü ilin dekabr ayında ölkədə neft hasilatı ilə bağlı məlumatı hələ təqdim etməyib. (İnterfaks-Azərbaycan)