“South Oil Trading FZE” neft-kimya şirkəti (BƏƏ) Azərbaycanda nümayəndəlik açıb.
Naxçıvanda nizamnamə kapitalı 74,3 min manat olan yeni şirkət yaradılıb
FED.az xəbər verir ki, “South Oil Trading FZE” şirkətinin Azərbaycan nümayəndəliyi 2023-cü il yanvarın 30-da Dövlət Vergi Xidmətində (DVX) qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Veysəl İbrahimovdur.
Bundan başqa, DVX 2022-ci il dekabrın 15-də “Petrofac-Nortvest” MMC-ni qeydiyyata alıb. Şirkətin nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi Təranə Məlikovadır. (İnterfaks-Azərbaycan)