2024-cü ilin sonunda bp-də 2 413 Azərbaycan vətəndaşı işləyib.
FED.az xəbər verir ki, bu, "bp-Azərbaycan"ın Biznes əməliyyatları haqqında hesabatında bildirilir.
Məlumata görə bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
2023-cü iin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2353 nəfər olub ki, bu da ötən illə müqayisədə bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının say 60 nəfər və ya 2,5% artım deməkdir.