“Pandemiyaya və qlobal böhrana baxmayaraq, 2021-ci ili yaxşı nəticələrlə başa vura bilərik”.
Eləcə də bax: “Petkim” dünyada 206 şirkət arasında - 8-Cİ OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə baş tutan media konfransında deyib.
O bildirib ki, son beş ildə şirkət Türkiyənin ən böyük investoruna çevrilib:
“Son illərdəki ən böyük nailiyyətlərimizdən biri Türkiyədə ən böyük sənaye holdinqi statusunu əldə etməyimizdir. Bu gün Türkiyədə 10 mindən çox insanı daimi işlə təmin edirik”.
Z.Qəhramanov 12 il ərzində böyük nailiyyətlər əldə edildiyini vurğulayıb:
“Bu illər ərzində nəhəng layihələrə imza atılıb. Artıq investisiyaların ilkin mərhələsi bitib, biz bundan sonra investisiya layihələrinin effektiv çalışmasını həyata keçirəcəyik”.
O qeyd edib ki, şirkətin Türkiyədə 20-yə yaxın biznesi mövcuddur. Bu günə qədər “SOCAR Terminal”, “Petkim”, STAR Neft Emalı Zavodu və TANAP daxil olmaqla investisiya xərcləri 16,5 milyard dolları keçib.
Qeyd edək ki, dünyanın ən qədim neft istehsalçılarından olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci ildə “Petkim”i almaqla Türkiyədəki fəaliyyətinə başlayıb.