Neftin kəskin ucuzlaşması və manatın mümkün devalvasiyası ilə bağlı məlumatlar 2015-ci il və ondan sonra iqtisadiyyatda baş verən dəyişiklikləri gündəmə gətirib.
Eləcə də bax: "Neftin qiyməti 1 il belə qalsa, Azərbaycana ciddi mənfi təsir - EDƏ BİLƏR"
FED.az ölkənin əsas valyuta mənbəyi olan neft-qazın ölkə iqtisadiyyatındakı payını 2014-2019-ci illər üzrə müqayisə edib.
Dövlət Gömük Komitəsinin məlumatlarına görə, 2014-cü ilin yekununa, ölkənin ixracının 91,97%-i neft qaz məhsullarının, yalnız 8,03%-i qeyri-neft sektorunun payına düşüb.
Belə ki, 2014-cü ildə ölkədən ümumi ixrac 21 milyard 828,6 milyon dollar olub. Bunun 18 milyard 404,9 milyon dolları xam neftin, 1 milyard 365 milyon dolları neft məhsullarının, 304,7 milyon dolları təbii qazın payına düşüb.
Eləcə də bax: Azərbaycan nefti 10 dollar ucuzlaşıb - SON QİYMƏT
İqtisadiyyatdan qeyri-neft ixracı isə 1 milyard 754 milyon dollar təşkil edib. Həmin dövrdə dolların məzənnəsinin 0,78 manat olduğunu nəzərə alsaq, qeyri-neft ixracı 1 milyard 368,1 milyon manat olub.
2019-cu ildə Azərbaycandan cəmi ixrac 19 milyard 635,6 milyon dollar təşkil edib. Bunun 14 milyard 814,1 milyon dolları xam neftin, 462,8 milyon dolları neft məhsullarının, 2 milyard 366,8 milyon manatı təbii qazın payına düşüb. 2019-cu ildə iqtisadiyyatdan qeyri-neft ixracı 1 milyard 991,8 milyon dollar təşkil edib. İndiki məzənnəni nəzərə aldıqda, bu 3 milyard 386 milüon manat deməkdir.
Başqa sözlə, son 5 il ərzində ölkədən xaricə qeyri-neft ixracının həcmi dollarda cəmi 237,8 milyon, manat ifadəsində isə təqribən 2 milyard manat artıb.
İxrac |
2014 |
2019 |
Dəyişmə |
||
% |
Məbləğ |
% |
Məbləğ |
|
|
Ümumi ixrac |
100,0% |
$21 828,6 milyon |
100,0% |
$19 635,6 milyon |
-10,05% |
Xam neft |
84,32% |
$18 404,9 milyon |
75,45% |
$14 814,1 milyon |
-19,51% |
Neft məhsulları |
6,25% |
$1 365,0 milyon |
2,36% |
$462,8 milyon |
-3 dəfə |
Təbii qaz |
1,4% |
$304,7 milyon |
12,05% |
$2 366,8 milyon |
+7,8 dəfə |
Neft qaz sektoru |
91,97% |
$20 074,6 milyon |
89,86% |
$17 643,8 milyon |
-12,11% |
Qeyri neft-qaz sektoru |
8,03% |
$1 754, milyon |
10,14% |
$1 991,8 milyon |
+13,57% |