"Societe Generale" bu ay ikinci dəfə 2017-2018-ci illər üzrə neftin qiyməti ilə bağlı proqnozunu dəyişib.
"Societe Generale" analitikləri iyunun əvvəlindən ikinci dəfə ABŞ, Liviya və Nigeriyada hasilatın artması fonunda cari və gələn il üzrə WTI və Brent markalı neftin qiyməti ilə bağlı proqnozu aşağı salıb.
Analitiklər hesab edir ki, 2017-ci ildə WTI markalı neftin 1 barelinin orta qiyməti 49,45 dollar (əvvəlki proqnoz 53,8), gələn il isə 51,5 dollar (57,5) təşkil edəcək.
Mütəxəssislərin proqnozuna əsasən, Brent markalı neftin 1 barelinin orta qiyməti bu il 52 dollar, gələn il isə 54 dollar olacaq. Bundan öncən proqnoz müvafiq olaraq 56,4 və 60 dollar idi.