Petrofac Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə müəssisə çərçivəsində Azəri-Çıraq-Günəşli (AÇG) blokunun işlənməsi çərçivəsində Azəri Mərkəzi Şərq (ACE) layihəsi üzrə təxminən 25 milyon dollar dəyərində yeni müqavilə imzalayıb.
Eləcə də bax: SOCAR Türkiyə ilə birlikdə Qara dənizdəki - Qaz Yataqlarını İşlətməyə Hazırdır
FED.az bu barədə "Petrofac"a istinadən məlumat verir.
Müqavilə layihənin istismara verilməsi üçün texniki mütəxəssislərin təmin edilməsini, eyni zamanda ölkənin həm quruda, həm də dənizdə iş sahələrini dəstəkləmək üçün digər ixtisaslaşmış kadrların və xidmətlərin səfərbər olunmasını nəzərdə tutur.
SOCAR-ın informasiya texnologiyaları, insan resursları və rejim üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, xidmət sektoru son illərdə SOCAR-ın əsas fəaliyyət sahələrindən birinə çevrilib: "Bu, korporativ inkişafımızda mühüm rol oynayır. Petrofac ilə yaratdığımız ortaq müəssisə artıq tam gücü ilə işləyir, əhatə dairəsini genişləndirir və yeni uğurlar əldə edir. İnanıram ki, bu gün BP ilə imzaladığımız saziş həm birgə müəssisənin inkişafına, həm də BP ilə tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmağa ciddi təkan verəcək". (Trend)