İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin baş direktoru Nail Maqanov arasında görüş keçirilib.
SOCAR: "Hədəflərimizdən biri Azərbaycan və region ölkələrinin enerji təhlükəsizliyidir"
Nazirlikdən FED.az-a bildirilib ki, görüşdə SOCAR və “Tatneft” arasında əməkdaşlığın perspektivləri, energetika sahəsində həyata keçirilən layihələr və təcrübə mübadiləsi üzrə imkanlar müzakirə edilib. Tərəflər ölkələrimiz arasında energetika sahəsi üzrə geniş əlaqələri vurğulayıb, tərəfdaşlığın inkişaf potensialı barədə fikir mübadiləsi aparıblar.