Azərbaycanın şimal bölgəsində ehtimal olunan neft-qaz ehtiyatlarının axtarışında Kanada şirkəti də iştirak edəcək.
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, fevralın 19-da Azərbaycan Dövlət Neft şirkəti - SOCAR və Kanadanın "Gran Tierra Energy Inc." şirkətləri arasında Azərbaycanın Quba-Xəzəryani bölgəsindəki quru perspektivli ərazini əhatə edən Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi (EDPSA) imzalanıb.
Sazişin şərtlərinə əsasən, «Gran Tierra Energy Inc» şirkəti layihədə 65% iş payına sahib olacaq və operator kimi çıxış edəcək.
Kəşfiyyat işlərinə 3D seysmik tədqiqatlar və müqavilə sahəsinin karbohidrogen potensialının müəyyənləşdirilməsinə yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
Qeyd etmək lazımdır ki, 2 iyun 2025-ci ildə Bakı Enerji Həftəsi çərçivəsində SOCAR bununla bağlı Kanada şirkəti ilə memorandum imzalamışdı.
«Gran Tierra Energy Inc» - Kanadanın Kalqari şəhərində yerləşən və baş ofisi neft və qazın kəşfiyyatı, işlənməsi və istehsalına yönəlmiş özəl enerji şirkətidir.
Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, bu, SOCAR-ın son 3 ayda Azərbaycanın quru hissəsində neft-qaz yatağı axtarışları üzərə 2-ci kəşfiyyat müqaviləsidir. Bundan əvvəlki müqavilə dekabrın 17-də Macarıstanın "MOL Group" şirkəti ilə Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə imzalanıb.














