SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Xalq Respublikasının "BGP Inc." şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencun ilə görüşüb.
SOCAR şirkəti Özbəkistanda milyonluq layihələrə başlayır – SİYAHI, ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşan əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, SOCAR və "BGP Inc." tərəfindən birgə təsis olunan “Caspian Geo” şirkətinin Xəzər regionunda qabaqcıl texnologiyalar əsasında seysmik tədqiqat işlərinin həyata keçirilməsində aparıcı mövqeyi xüsusi vurğulanıb.
Tərəflər cari layihələrin icrasına, əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılmasına və əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.













