Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Moskvada Rusiyanın təbii qaz inhisarçısı “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər.
SOCAR və “Masdar” arasında üç layihə üzrə Səhmdarlar Sazişi imzalanıb
FED.az xəbər verir ki, bu barədə Rusiya şirkəti bildirib.
“Tərəflər təbii qaz sahəsində əməkdaşlığın inkişafı və perspektivlərini nəzərdən keçiriblər. Dünya enerji bazarındakı vəziyyətə xüsusi diqqət yetirilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu, 2024-cü ilin əvvəlindən bəri şirkət liderlərinin üçüncü görüşüdür. (Report)