Pakistanın neft naziri Əli Pervaiz Malik və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakıda keçirilən görüşdə enerji əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
FED.az xəbər verir ki, bu barədə Pakistanın Neft Nazirliyi məlumat verib.
"Tərəflər görüşdə ikitərəfli enerji əməkdaşlığının genişləndirilməsi və neft-qaz sektorunda qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin araşdırılması məsələlərini müzakirə ediblər", - məlumatda qeyd olunub. (Report)