20 sentyabr 2024-cü il tarixində “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə təşkil olunan tədbir çərçivəsində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “MOL Hungarian Oil and Gas” şirkətinin sədri və baş icraçı direktoru Zsolt Hernadi ilə görüşüb.
9 şirkət Azərbaycan neftilə bağlı sənəd imzaladı - 2049-cu ilədək qüvvədə olacaq
FED.az xəbər verir ki, tərəflər arasında “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumuna əsasən, tərəflər Azərbaycanın karbohidrogen hasilatının daha da artırılması istiqamətində əməkdaşlıq edəcəklər.