Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında enerji keçidi və rəqəmsallaşma məsələləri üzrə fikir mübadiləsi aparılıb.
FED.az SOCAR-a istinadən xəbər verir ki, bununla bağlı SOCAR və IMF-nin Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordon ilə görüş keçirilib.
Görüşdə Azərbaycan ilə IMF arasındakı səmərəli əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində tərəfdaşlarla birgə atılan addımlar, SOCAR-ın strateji hədəfləri, yeni Əməliyyat Modeli barədə məlumat verilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.