Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ-ın “Citi” investisiya bankının Avropa, Yaxın Şərq və Afrika üzrə baş icraçı direktoru David Livinqston ilə görüşüb.
SOCAR Macarıstanın şirkətinə 100 milyon kubmetr qaz satacaq - MÜQAVİLƏ İMZALANDI
FED.az xəbər verir ki, görüşdə beynəlxalq maliyyə bazarları müzakirə edilib, neft, qaz, neft-kimya, bərpa olunan enerji sahələrində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
SOCAR ilə “Citi” arasında regionun iqtisadi inkişafına və enerji təhlükəsizliyinə töhfə verən bir sıra strateji əhəmiyyətli layihələrin maliyələşdirilməsi də daxil olmaqla 15 ildən artıq davam edən tərəfdaşlıq əlaqələri mövcuddur.