Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Əmək Təşkilatı (International Labour Organization) arasında müxtəlif sahələr üzrə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bu barədə FED.az-a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, müzakirələr SOCAR-ın vitse-prezidentləri Ziba Mustafayeva, Fuad Musayev və Aparat rəhbəri Hafiz Zeynalovun iştirakı ilə Beynəlxalq Əmək Təşkilatının Moskva ofisinin direktoru Mixail Pouçkin və qurumun Azərbaycandakı Milli Koordinatoru Yaşar Həmzəyev ilə keçirilən görüşdə aparılıb.
Görüşdə SOCAR-ın enerji keçidi, rəqəmsallaşma və innovasiya proseslərində insan kapitalının inkişafına xüsusi önəm verdiyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.










