Ukraynanın energetika və kommunal xidmətlər üzrə milli komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Ukraina” Ticarət evi” MMC-yə və Ukraynanın “Qaztron-Ukraina” MMC-yə bu ölkə ərazisində təbii qaz tədarükü üzrə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya verib. Bu qərar iyun ayının 29-u qəbul edilib.
Qeyd edək ki, SOCAR Ukraynada “SOCAR Energy Ukraine” şirkəti ilə təmsil olunur.