Ukrayna Prezidenti Vladimir Zelenski SOCAR-ın Ukraynaya pulsuz yanacaq verəcəyini açıqlayıb.
FED.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyev ilə söhbətimin nəticələrinə görə, SOCAR-ın Ukraynadakı bütün yanacaqdoldurma məntəqələrinin Ukraynada təcili yardım maşınlarına və Ukraynanın Fövqəladə Xidməti üçün pulsuz yanacaq verməsi tapşırılıb. Gecə Azərbaycandan dərmanlarla gələn təyyarəni gözləyirik".
Qeyd edək ki, Ukraynaya yardım aparan Azərbaycan təyyarəsi Bakıdan havaya qalxıb. Təyyarədə ümumi dəyəri 5 milyon avrodan çox olan dərmanlar və tibbi avadanlıqlar var.
SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov da SOCAR-ın Ukraynada pulsuz yanacaq verəcəyini təsdiqləyib.
"Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək", - paylaşımda deyilir.