“SOCAR Energy Ukraine” “Sizə Dəstək” Xeyriyyə Fondu, Ukrayna Prezidentinin uşaq hüquqları və uşaqların reabilitasiyası üzrə müşaviri-müvəkkili Daria Gerasimçuk ilə birgə kimsəsiz uşaqları böyüdən ailələrin evlə təmin olunması üçün ianə aksiyası elan edir.
SOCAR mənzilini itirmiş ukraynalı ailə üçün modul tipli ev quraşdırdı - FOTO
FED.az xəbər verir ki, “Uşaq evi” layihəsi çərçivəsində SOCAR xüsusi fincanlarda içkilərin və brend malların satışı üçün vəsait toplayacaq.
“Ailə tipli uşaq evinin 300-ə yaxın sakini doğma evlərini itirib. Biz kənarda qala bilmərik, çünki ehtiyacı olanlara kömək etmək şirkətimizin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Biz tərəfdaşlarımıza əməkdaşlığa görə minnətdarıq, bunun nəticəsində yetim uşaqları böyüdən ailəyə kömək ediləcək”, - deyə şirkətin PR direktoru Yelena Osipçuk bildirib. (Azərtac)