SOCAR şirkəti Ukraynanın “Glusko” YDM şəbəkəsini satın ala bilər. Bu barədə Ukrayna mətbuatı məlumat verir.
Eləcə də bax: SOCAR-dan benzinin qiyməti ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, “Ukraynanın “Glusko” YDM şəbəkəsinin sahibi Nisan Moiseyev cari ilin mart ayında Rosneft şirkəti tərəfindən yanacaq tədarükünün dayandırılması barədə bəyanatdan dərhal sonra aktivi satışı çıxarıb. Hazırda danışıqlar son mərhələdədir. Ukraynada heç kəs satış barədə təklif almayıb. Moiseyev yalnız beynəlxalq şirkətlərə dəvət göndərib”.
SOCAR, şirkətin YDM şəbəkəsinin satışını Azərbaycan şirkətinin “Rosnefti” tərəfindən Ukraynaya neft məhsullarının tədarükü ilə bağlı imzaladığı müqavilə ilə kompleks şəklində nəzərdən keçiriir.
“SOCAR ilə danışıqlar yaxın həftə ərzində yekunlaşa bilər. Bundan sonra saziş Ukrayna Antiinhisar Komitə tərəfindən təsdiq olunmalıdır”.
“SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb.Şirkət Ukraynada YDM şəbəkəsinə malikdir və 55 stansiyanı idarə edir və bazarda təqribən 2,5-3% paya malikdir.
Ukraynada “Glusko” YDM şəbəkəsinə 127 avtomobil yanacaqdoldurma kompleksi və altı neft bazası daxildir. (İnterfaks)