Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - “SOCAR Ukraine” şirkəti Ukrayna Müdafiə Nazirliyinə 1 850 ton həcmində reaktiv mühərrik yanacağı tədarük edəcək.
FED.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, “SOCAR Ukraine” Ukrayna Müdafiə Nazirliyinin 5 300 ton reaktiv mühərrik yanacağının alınması ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub.
“SOCAR Ukraine”nın tədarük edəcəyi yanacağın qiyməti 31 680 qrivna/tondur.
Tender sənədində yanacağın tədarükü üçün son tarix 15 noyabr qeyd olunub.