Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xaricdə qazma işlərində mümkün iştirakı ilə bağlı türkiyəli tərəfdaşlarla fəal danışıqlar aparılır.
Eləcə də bax: “SOCAR New Energy” Ukrayna treyderləri ilə - Müqavilələr İmzalayıb
FED.az xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, şirkət üçün əsas marağı yaxın xaric, ilk növbədə Türkiyə kəsb edir: "Neft-qaz sənayesi ilə bağlı müxtəlif layihələr çərçivəsində qazma işləri üzrə tenderlərdə iştirak imkanları nəzərdən keçirilir. SOCAR-ın əsas aktivi Azərbaycan neftçilərinin zəngin tarixi təcrübəsi, eləcə son illərdə Xəzər dənizində qəliz geoloji şəraitdə, böyük dərinliklərdə və yüksək təziq altında keçirilmiş qazma əməliyyatlarıdır. Biz öz təcrübəmizi həm ölkədə, həm də xaricdə daha səmərəli tətbiq edə bilmək üçün mövcud imkanları müəyyənləşdirmək niyyətindəyik".
Qeyd edək ki, bir müddət əvvəl "SOCAR Türkiyə"nin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev Türkiyənin TPAO şirkəti ilə yataqların işlənməsi və hasilatı üzrə əməkdaşlığın mümkün ola biləcəyini bildirib.(Trend)