Yeni növ koronavirusun (COVİD-19) yayılması səbəbindən "SOCAR Turkey Enerji A.Ş" ("SOCAR Turkey" – SOCAR-ın Türkiyədə ki törəmə müəssisəsi) neft-kimya məhsullarının ixrac marşrutlarını dəyişib.
Eləcə də bax: SOCAR-ın böyük sərmayə qərarı - TƏXİRƏ SALINIR
FED.az xəbər verir ki, bu barədə "SOCAR Turkey Enerji A.Ş"-in baş icraçı direktoru Zaur Qəhrəmanov “Anadolu Ajansı”na deyib.
“Neft-kimya istehsalımızın 50%-nı Avropa ölkələrinə, əsasən Almaniya, İtaliya, İspaniyaya ixrac edirdik, lakin bu ölkələr “COVİD-19”-dan ən çox aziyyət çəkənlər sırasındadırlar. Buna görə ixrac marşrutlarımız dəyişdi və yolumuzu şərqə yönəltdik. Ümid edirik ki, “COVİD-19”-dan sonra köhnə bazarlarımıza qayıda biləcəyik”, - deyə, Z. Qəhramanov qeyd etdi.
APA