“Neftin qiymətinin uzun müddət indiki səviyyədə qalacağını güman edirik. Neftin qiymətində böyük artım və ya azalma gözləmirik”.
FED.az xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəmə “SOCAR Turkiye Enerji” şirkətinin rəhbəri Zaur Qəhrəmanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, dünya bazarında neftin qiyməti ilə bağlı ciddi dəyişikliklər gözləmir: “Proqnozlarımıza görə, neftin bir barelinin qiyməti 65-70 dollar arasında dəyişəcək”.