Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş.”nin hazırda bazar dəyəri11 mlrd. dollara çatıb.
FED.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji”nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.
Qeyd edək ki, “Goldman Sachs” investisiya bankı 2015-ci ilin avqust ayında “SOCAR Turkey”in 13%-ni 1,3 mlrd. dollara satın alıb.
“Bu gün şirkətin dəyəri həyata keçirilən son investisiyaların təsiri ilə 11mlrd. dollar ətrafındadır. “SOCAR Turkey”in böyüklüyünə görə ümumilikdə SOCAR-da payı 35% təşkil edir”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, yeni-neft kimya layihəsinin həyata keçirilməsi ilə şirkətin bazar dəyəri daha da artacaq.
Bildirək ki, SOCAR Türkiyədəki investisiyalarına 2008-ci ildə Özəlləşdirmə İdarəsindən “Petkim”in 51%-ni 2,040mlrd. dollara alaraq başlayıb.
SOCAR-ın “Petlim”, “Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) daxil olmaqla ümumi investisiyalarının həcmi hazırda 14,2 mlrd. dollara çatıb.