“SOCAR Turkey” lirə-dollar problemlərinə görə Türkiyənin cari kəsrinin bağlanmasına 2 milyard dollara yaxın töhfə verib.
Eləcə də bax: Lirənin ucuzlaşması SOCAR-ın Türkiyədəki gəlirlərinə - Necə Təsir Göstərir?
FED.az xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov Azərbaycanın mətbuat nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda “SOCAR Turkey” Türkiyənin ən böyük investorudur və birbaşa, yaxud dolayı yolla 10 mindən çox insanı işlə təmin edirik.