Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi “SOCAR Trading” xam neftlə əməliyyatlar üzrə şöbəyə yeni rəhbər təyin edib.
FED.az xəbər verir ki, bu vəzifəyə Dario Striano təyin olunub.
O, “SOCAR Trading”də 2014-cü ildə işə başlayıb.
Bundan başqa, “SOCAR Trading”i Şimal dənizi regionunda əməliyyatlarla məşğul olan Geri Midldiç və Devid Filds, eləcə də treyderlər Tom Arnold və Devid Kler tərk edib.